Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1,081 milyon ton avtomobil benzini istehsal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,8 min ton və ya 1% çoxdur. Ötən ilin ilk 9 ayında ölkədə 1,070 milyon ton avtomobil benzini istehsal olunmuşdu.
Bu ilin oktyabrın 1-i vəziyyətinə ölkədə hazır məhsul ehtiyatı 62,2 min ton təşkil edib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 4,047 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,4% artıb.