...

Azərbaycanda daşınmaz əmlak əməliyyatlarına yatırımlar 3 dəfəyə yaxın artıb

İqtisadiyyat Materials 18 Oktyabr 2025 13:31 (UTC +04:00)
Azərbaycanda daşınmaz əmlak əməliyyatlarına yatırımlar 3 dəfəyə yaxın artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyalardan daşınmaz əmlakla əlaqədar əməliyyatlara 6,4 milyon manat sərf olunub.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 3,9 milyon manat və ya 2,6 dəfə çoxdur.

Belə ki, 2024-cü ilin ilk doqquz ayında ölkədə əsas kapitala yönəldilmiş investisiyalardan daşınmaz əmlakla əlaqədar əməliyyatlara 2,5 milyon manat sərf olunmuşdu.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 13,048 milyard manat və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1% çox investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 11,5% azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 7% artıb.

Ümumi sərmayənin 6,648 milyard manatı və ya 51%-i məhsul istehsalı sahələrinin, 4,298 milyard manatı (32,9%-i) xidmət sahələrinin, 2,102 milyard manatı (16,1%-i) isə yaşayış evlərinin tikintisinin payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti