Bakı. Trend:
18 oktyabr 2025 tarixindən etibarən İranın nüvə proqramı və onunla əlaqədar mexanizmlər haqda nəzərdə tutulan maddələri özündə ehtiva edən BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi başa çatmış hesab olunur.
Trend-in məlumatına görə, bu, İran Xarici İşlər Nazirliyinin bəyanatında öz əksini tapıb.
Bəyanata əsasən, sözügedən qətnamə 20 iyul 2015 tarixində BMT Təhlükəsizlik Şuraısnın İranın dincməqsədli nüvə proqramı haqda qətnaməsidir.
Bəyanatda qeyd olunur ki, beləliklə “nüvə silahlarının yayılmaması” başlığı altında İranın nüvə proqramı BMT Təhlükəsizlik Şurasının araşdırılmalı olan məsələlər siyahısından çıxarılmalıdır. 2231 saylı qətnamənin müddətinin başa çatması ilə İranın nüvə proqramı haqda Nüvə Silahlarının Yayılmamasına dair Sazişə üzv nüvə silahı olmayan hər bir ölkənin nüvə proqramı kimi addım atılmalıdır.
Bəyanatda deyilir ki, İranın nüvə proqramı məsələsinin BMT Təhlükəsizlik Şurasının gündəminə salınması İranın nüvə proqramının dinc məqsədli olması və nüvə silahlarına doğru yönəlməməsi məqsədini daşımışdır. Bu məqsəd tamamilə reallaşıb. Belə ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik tərəfindən bu reallığa zidd heç bir hesabat verilməyib və Avropa üçlüyü və ABŞ-nin İranın qorunma öhdəliklərinin yerinə yetirməməsini sübut etməyə dair agentliyə təzyiqinə baxmayaraq, heç vaxt belə bir məsələ sübut olunmayıb. Halbuki Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində İran qorunma öhdəliklərini qəbul etməsinə baxmayaraq eyni zamanda sanksiyalar şəraitində qalmış və Avropa İttifaqı və ABŞ sanksiyaların aradan qaldırılması üzrə öz öhdəliklərini yerinə yetirməmişlər.
“İran Hərtərəfli Birgə Fəaliyyət Planına üzv Avropa üçlüyünün (Böyük Britaniya, Fransa və Almaniya) BMT Təhlükəsizlik Şurasının vaxtı başa çatmış qətnamələrinin bərpa olunması istiqamətində ixtilafı həlli mexanizmindən sui-istifadə etmələrinin qanunsuz olduğunu bildirir və xatırladır ki, Avropa üçlüyünün bu hərəkəti 2231 saylı qətnamədə dərc olunan qanuni çərçivəyə heç bir problem yaratmayıb”, - bəyanatda qeyd olunur.
İran XİN əlavə edir ki, Təhlükəsizlik Şurasının 2 daimi üzvü Avropa üçlüyü və ABŞ-nin qeyd olunan qanunsuz hərəkəti ilə razılaşmayıb və İran, Çin və Rusiyanın bu haqda BMT baş katibinə birgə məktubunda qeyd olunur ki, BMT Təhlükəsizlik Şurası İran əleyhinə ləğv olunan qətnamələrin bərpa olunması haqda müstəqil nəticənin çıxarılması üçün BMT katibliyinə icasənin verilməsinə dair heç bir qərar verməyib.
“Qeyd olunan məsələləri nəzərə alaraq, BMT baş katibindən BMT nizamnaməsinin 100-cü maddəsinə uyğun olaraq, İran əleyhinə başa çatmış qətnamələrin bərpa olunması iddiası prosesinə dair BMT-nin internet səhifəsində qeyd olunan yanlış məmulatların dərhal düzəldilməsi və Təhlükəsizlik Şurasının funksiyası ilə laqədar hüquqi proseslərdə əlavə anlaşılmazlığa mane olması istənilir”, - bəyanatda qeyd olunur.