Bakı.Trend:
Cari ilin 9 ayında qanunsuz 4 ton 663 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində keçirilən 2025-ci ilin 9 ayının yekunlarına həsr olunan Kollegiya iclasında məlumat verilib.
Bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə 582 kiloqram çox narkotik vasitə çıxarılıb.