...

Ramil Həsən Qazaxıstanın xarici işlər naziri ilə görüşüb

Siyasət Materials 17 Oktyabr 2025 22:47 (UTC +04:00)
Ramil Həsən Qazaxıstanın xarici işlər naziri ilə görüşüb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

17 oktyabr 2025-ci il tarixində Qazaxıstanın paytaxtı Astana şəhərində Baş katib səfir Ramil Həsənin rəhbərlik etdiyi TÜRKPA nümayəndə heyəti Qazaxıstan Respublikasının xarici işlər naziri cənab Yermek Koşerbayevə nəzakət ziyarəti edib.

Trend xəbər verir ki, Yermek Koşerbayev Ramil Həsəni fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Baş katib səfir Ramil Həsən səmimi qəbula görə minnətdarlığını bildirib və Assambleyanın gələcək inkişafı ilə bağlı təkliflərini təqdim edərək, TÜRKPA-nın gələcək fəaliyyəti barədə məlumat verib.

Görüşdə Assambleya çərçivəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, Türk Dövlətləri Təşkilatının cari ilin oktyabr ayının 7-də Qəbələdə keçirilmiş 12-ci Zirvə görüşünün yekunları müzakirə edilib.

Yermek Koşerbayev Qəbələ Zirvə görüşünün nəticələrinin TÜRKPA çərçivəsində birgə layihələrin həyata keçirilməsinə töhfə verəcəyini qeyd edib. O, dəstəyini ifadə edərkən Qazaxıstanın türk əməkdaşlığının parlament ölçüsünün gücləndirilməsinə böyük əhəmiyyət verdiyini də vurğulayıb.

Baş katibi onun müavinləri Talqat Aduov, Muhammet Alper Hayali və Komissiya katibi Aynurə Abutalıbova müşayiət ediblər.

Xəbər lenti

Xəbər lenti