...

Qonaqpərvərliyi ilə tanınan Bakıda olmaqdan məmnunuq - Mateuş Vidlak

İdman Materials 17 Oktyabr 2025 12:14 (UTC +04:00)
Qonaqpərvərliyi ilə tanınan Bakıda olmaqdan məmnunuq - Mateuş Vidlak
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Dünya Amputant Futbol Federasiyası olaraq qonaqpərvərliyi ilə tanınan Azərbaycanın bu gözəl paytaxtı, Bakı şəhərində olmaqdan məmnunluq duyuruq.

Trend xəbər verir ki, bu sözləri Dünya Amputant Futbol Federasiyasının (AAFF) prezidenti Mateuş Vidlak Bakının ev sahibliyi etdiyi amputant futbolu üzrə Millətlər Liqasının C qrupunun oyunlarının açılış mərasimində deyib.

O qeyd edib ki, AAFF bu il turniri dörd fərqli ölkədə 18 milli komandanın iştirakı ilə keçirir:

“Biz artıq Türkiyə və İspaniyada keçirilən turnirlərdən qayıtmışıq, hazırda Azərbaycandayıq. Son mərhələ isə Rumıniyada keçiriləcək. Bütün bunlar amputant futbolunun inkişafında mühüm addımdır. Hər il daha çox ölkə, oyunçu, gənc, qadın futbolçu və azarkeş bu ailəyə qoşulur”.

Xəbər lenti

Xəbər lenti