Bakı. Trend:
Abşeron rayon sakini polisə müraciət edərək ona məxsus marketə müştəri qismində gələn şəxsin oradan tütün və spirtli içki məmulatları talayaraq hadisə yerini tərk etdiyini bildirib.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yeyıb.
Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə soyğunçuluq, yəni özgənin əmlakını açıq talamaqda şübhəli bilinən əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 36 yaşlı C.Beydullayev saxlanılıb.
Araşdırma aparılır.