Bakı. Trend:
Nigeriyanın mərkəzində yerləşən Plato ştatında iki kəndə silahlı hücumlar nəticəsində azı 13 nəfər həyatını itirib.
Trend xəbər verir ki, bu barədə Barkin-Ladi rayonunun rəhbəri Stiven Qyanq Pvadjok məlumat verib.
Məlumata görə, Raças və Ravuru kəndlərinə hücumlar oktyabrın 14-də axşam saatlarında baş verib. Ertəsi gün qurbanlar üçün kütləvi dəfn mərasimi keçirilib.
Rəsminin sözlərinə görə, hadisə zamanı silahlı çobanlar kənd sakinlərinə atəş açıblar, nəticədə bir neçə nəfər yaralanaraq qaçmağa müvəffəq olub.
Pvadjok hücumları “təxribat xarakterli və dərin təəssüf doğuran hadisə” kimi qiymətləndirib.
Qeyd edək ki, daha əvvəl Nigeriyada vəba epidemiyası nəticəsində 13 nəfərin öldüyü barədə məlumat yayılmışdı.