Bakı. Trend:
Filippin sahillərində 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri təxminən 309 min nəfər əhalisi olan Butuan şəhərindən (Mindanao adası) 111 kilometr şimal-şərqdə yerləşib.
Məlumata görə, zəlzələnin ocağı 66 kilometr dərinlikdə olub.
Hazırda tələfat və dağıntılar barədə məlumat yoxdur.