...

"Ford" 625 min avtomobili geri çağırmağı planlaşdırır

Dünya xəbərləri Materials 18 Oktyabr 2025 08:35 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın avtomobil istehsalçısı “Ford” şirkəti təhlükəsizlik kəmərlərində və arxa görüntü kamerasının ekranında müəyyən edilən nasazlıqlara görə ölkə daxilində təxminən 625 min avtomobili geri çağırmağı planlaşdırır.

Trend xəbər verir ki, bu barədə məlumatı “Reuters” agentliyi ABŞ-ın Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi üzrə Milli Administrasiyasına (NHTSA) istinadən yayıb.

Məlumata əsasən, geri çağırılma 332 mindən çox “Ford Mustang” modelini – təhlükəsizlik kəməri ilə bağlı nasazlıq aşkarlanan avtomobilləri, eləcə də arxa görüntü kamerasının displeyində problem olan təxminən 292 min “Ford F-250”, “Ford F-350” və “Ford F-450” pikapını əhatə edəcək.

Xəbər lenti

Xəbər lenti