...

Azərbaycanda 9 ayda mənzil tikintisinə 2 milyard manatdan çox yatırım edilib

İqtisadiyyat Materials 18 Oktyabr 2025 13:13 (UTC +04:00)
Azərbaycanda 9 ayda mənzil tikintisinə 2 milyard manatdan çox yatırım edilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyalardan tikinti sektoruna 3,202 milyard manat sərf olunub.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Bildirilib ki, bu göstərici 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 7,4% çoxdur.

Sözügedən sahə üzrə əsas kapitala yönəldilmiş investisiyaların yekunda xüsusi çəkisi 24,5%-ə bərabər olub.

Hesabat dövründə tikinti sektoruna yatırılmış investisiyanın 2,102 milyard manatı mənzil tikintisinə yönəldilib ki, bu da 2024-cü ilin ilk doqquz ayındakı göstəriciyə nəzərən 24,2% artım deməkdir.

Dövr ərzində mənzil tikintisi üzrə əsas kapitala yönəldilmiş investisiyaların yekunda xüsusi çəkisi 16,1%-ə bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 13,048 milyard manat və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1% çox investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 11,5% azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 7% artıb.

Ümumi sərmayənin 6,648 milyard manatı və ya 51%-i məhsul istehsalı sahələrinin, 4,298 milyard manatı (32,9%-i) xidmət sahələrinin, 2,102 milyard manatı (16,1%-i) isə yaşayış evlərinin tikintisinin payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti