...

Rumıniya Azərbaycandan neft idxalını əhəmiyyətli dərəcədə artırıb

Energetika Materials 17 Oktyabr 2025 18:00 (UTC +04:00)
Rumıniya Azərbaycandan neft idxalını əhəmiyyətli dərəcədə artırıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Rumıniyaya 429,3 milyon ABŞ dolları dəyərində 778,6 min ton həcmində bitum mənşəli süxurlardan əldə olunan xam neft və neft məhsulları ixrac edilib.

Trend bu barədə Dövlət Gömrük Xidmətinə istinadən xəbər verir.

2024-cü ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 129 milyon ABŞ dolları və ya 43,1 faiz, həcm ifadəsində isə 279,7 min ton və ya 56,1 faiz artıb.

Hesabat dövrü ərzində Rumıniya Azərbaycanın neft və neft məhsullarını ixrac etdiyi ölkələr arasında 5-ci yeri tutub.

Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan 20 ölkəyə 8,939 milyard ABŞ dolları dəyərində, ümumilikdə 16,996 milyon ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac olunub.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,069 milyard dollar və ya 18,8 faiz, fiziki həcmdə isə 613 min ton və ya 3,5 faiz azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti