...

İlk 9 ayda narkotiklə bağlı 6516 cinayət faktı aşkarlanıb

Hadisə Materials 17 Oktyabr 2025 12:20 (UTC +04:00)
İlk 9 ayda narkotiklə bağlı 6516 cinayət faktı aşkarlanıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 6516 cinayət faktı aşkarlanıb.

Trend xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun məlumatında qeyd edilib.

Bildirilib ki, onlardan 2052-si narkotik vasitələrin qanunsuz satışı, 4278-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 184-ü narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-si bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 6 ton 696 kq 035,353 qram narkotik vasitələrin və psixotrop maddələrin 5 ton 902 kq 792,816 qramını marixuana, 273 kq 855,347 qramını heroin, 141 kq 301,479 qramını tiryək, 68 kq 378,638 qramını həşiş, 181 kq 045,961 qramını digər narkotik vasitələr və 128 kq 507,561 qramını psixotrop maddələr təşkil etmişdir. Həmçinin, göstərilən dövr ərzində 7527 ədəd metadon, 18918 ədəd çətənə bitkisi, 600 qr xaş-xaş kolu, eləcə də 598,692 qram, 95 həb, 39 kapsul güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti