...

2025-ci ilin ən çox qazanan futbolçuları açıqlanıb - SİYAHI

İdman Materials 17 Oktyabr 2025 10:47 (UTC +04:00)
2025-ci ilin ən çox qazanan futbolçuları açıqlanıb - SİYAHI
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo “Forbes” jurnalının illik reytinqində dünyanın ən çox qazanan futbolçusu statusunu yenidən özünə qaytarıb.

Trend xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun ulduzunun illik ümumi gəliri 280 milyon dollar təşkil edib, bunun təxminən 50 milyon dolları reklam müqavilələrindən əldə olunub.

Nəşrin məlumatına görə, siyahıda ikinci yeri “İnter Mayami” klubundan argentinalı Lionel Messi tutub. Onun ümumi qazancı 130 milyon dollardır, bunun təxminən 70 milyonunu brendlərlə reklam müqavilələri təşkil edir.

İlk üçlüyü başqa bir səudiyyə klubu – “Əl-İttihad”ı təmsil edən fransalı Kərim Benzema tamamlayır. Onun gəliri 104 milyon dollara çatıb.

Reytinqə həmçinin Avropa klublarının futbolçuları da daxil olub: Kilian Mbappe (98 milyon), Erlinq Holand (60 milyon), Vinisius Cunior (45 milyon), Məhəmməd Salah (42 milyon), Cud Bellingem (38 milyon) və “Forbes”un indiyə kimi siyahısına düşmüş ən gənc oyunçu olan ispan Lamal Yamal (18 milyon).

Xəbər lenti

Xəbər lenti