...

İtaliya sahillərində miqrantların olduğu qayıq batıb

Dünya xəbərləri Materials 18 Oktyabr 2025 03:57 (UTC +04:00)

Bakı. Trend:

İtaliyanın cənubundakı Lampeduza adası sahillərində miqrantları daşıyan qayıq batıb.

Trend xəbər verir ki, qayıqda təxminən 30 miqrantın olduğu bildirilib. İtaliya sahil mühafizə xidmətinin patrul gəmiləri ilə onların bəziləri xilas edilib, həmçinin sudan bir cəsəd çıxarılıb. Sağ qalanların sözlərinə görə, 20 nəfər itkin düşüb.

Hazırda Malta qurumları ilə birgə axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Əməliyyatlara təyyarələr də cəlb olunub.

Qeyd edək ki, ilin əvvəlindən bu vaxtadək Aralıq dənizində 700-dək miqrant ölüb və ya itkin düşüb.

Xəbər lenti

Xəbər lenti