Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyalardan nəqliyyat və anbar təsərrüfatına 2,882 milyard manat sərf olunub.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Bildirilib ki, bu göstərici 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 16,7% azdır.
Nəqliyyat və anbar təsərrüfatına yönəldilmiş investisiyaların ümumi yekunda xüsusi çəkisi 22,1% təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 13,048 milyard manat və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1% çox investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 11,5% azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 7% artıb.
Ümumi sərmayənin 6,648 milyard manatı və ya 51%-i məhsul istehsalı sahələrinin, 4,298 milyard manatı (32,9%-i) xidmət sahələrinin, 2,102 milyard manatı (16,1%-i) isə yaşayış evlərinin tikintisinin payına düşüb.