Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığının bəzi təfərrüatları məlum olub.
Trend xəbər verir ki, bu barədə Tramp özü məlumat verib.
Ağ Evin rəhbəri Putinlə söhbəti “çox məhsuldar” adlandırıb və yaxın zamanda rusiyalı həmkarı ilə daha bir görüş keçirəcəyini bildirib.
“Söhbətimizin sonunda gələn həftə müşavirlərimizin yüksək səviyyəli görüşünə dair razılaşdıq. İlkin görüşlərə Amerika tərəfdən dövlət katibi Marko Rubio rəhbərlik edəcək. Görüşün yeri hələ müəyyənləşməyib. Daha sonra Prezident Putin və mən Rusiya və Ukrayna arasındakı bu müharibəyə son qoya biləcəyimizi görmək üçün Macarıstanın paytaxtı Budapeştdə razılaşdırılmış yerdə görüşəcəyik”, – deyə Tramp vurğulayıb.