Bakı. Trend:
Bu ilin ilk 9 ayı üzrə operativ məlumatlara əsasən, respublikada elektrik enerjisinin istehsalı 12,1 milyon kVt/saat, yəni 0,1% artaraq 21,799 milyard kVt/saat olub.
Bu barədə Trend Energetika Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu dövrdə istilik elektrik stansiyalarında (İES) 18,659 milyard kVt/saat, su elektrik stansiyalarında (SES) 2,414 milyard kVt/saat, digər mənbələr üzrə isə 724,8 milyon kVt/saat, o cümlədən külək elektrik stansiyalarında 30,5 milyon kVt/saat, günəş elektrik stansiyalarında 511 milyon kVt/saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 183,3 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bərpa olunan enerji mənbələrindən 64,5 milyon kVt/saat artımla 3,139 milyard kVt/saat elektrik enerjisi istehsal edilib.
9 ay ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 19,521 milyard kVt/saat (İES-lərdə 17,071 milyard kVt/saat, SES-lərdə 2,401 milyard kVt/saat, günəş elektrik stansiyalarında (GES) 49 milyon milyon kVt/saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 21,5 milyon kVt/saat, müstəqil elektrik stansiyaları üzrə isə 2,256 milyard kVt/saat təşkil edib.
Hesabat dövründə elektrik enerjisinin idxalı 145,4 milyon kVt/saat, ixracı isə 989,6 milyon kVt/saat olub.