...

Elnur Rzayev Susayqışlaq kəndində sakinlərlə görüşüb (FOTO)

Gündəm Materials 16 Oktyabr 2025 16:38 (UTC +04:00)
Elnur Rzayev Susayqışlaq kəndində sakinlərlə görüşüb (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, rayon prokuroru Rəşad Məmmədov, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Susayqışlaq kəndində səyyar qəbul keçirib.

Qəbulda Susayqışlaq İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Susayqışlaq, Maqsudkənd, Şollar, Pərdiqıran və Çaxçaxlı kəndlərinin sakinləri iştirak ediblər.

Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bəzi məsələlərin həlli ilə bağlı görülən işlərə görə təşəkkürlərini bildiriblər, həmçinin elektrik təsərrüfatının yenilənməsi, su təchizatının yaxşılaşdırılması, yolların təmiri və digər məsələlərlə bağlı müraciətlər səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti