...

Füzulidə yol qəzasında yaralananların SON VƏZİYYƏTİ(YENİLƏNİB)

Hadisə Materials 16 Oktyabr 2025 16:06 (UTC +04:00)
Füzulidə yol qəzasında yaralananların SON VƏZİYYƏTİ(YENİLƏNİB)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Füzuli. Trend:

16.10.2025-ci il tarixində saat 11:30 radələrində Füzuli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 4 nəfər (kişi) Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsayılı travması diaqnozu təyin olunub:

"Pasiyentlərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar".

xxx

15:51

Füzulidə baş verən qəza zamanı 4 nəfər xəsarət alıb.

Trend-in Qarabağ bürosunun xəbərinə görə, yol nəqliyyat hadisəsi rayonun Kürdmahmudlu kəndi ərazisində baş verib.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil "Daewoo" markalı minik maşını toqquşub. Nəticədə "Mercedes"də olan Beyləqan rayon sakinləri 2001-ci il təvəllüdlü Quluzadə Səfiyar Qubad oğlu, 1999-cu il təvəllüdlü Cəfərov Şamil Kamil oğlu, 1993-cü il təvəllüdlü Nəcəfli Surət Mayılxan oğlu və 1990-cı il təvəllüdlü Nəcəfov İlqar İbadət oğlu müxtəlif dərəcəli xəsarət alaraq Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti