Bakı. Trend:
Ermənistanda dini xadimlərlə bağlı bütün cinayət işləri qanun çərçivəsində araşdırılır.
Trend erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan Araqatsotn yeparxasında aparılan həbsləri şərh edərkən bildirib.
“Mən sadəcə olaraq hüquqi normalardan kənara çıxan istənilən prosesin mümkünlüyünü istisna edirəm”, – deyə o, jurnalistin müvafiq sualını cavablandırarkən bildirib və əlavə edib ki, Erməni Apostol Kilsəsinə qarşı mübarizə aparmır.
Xatırladaq ki, oktyabrın 15-də Ermənistanda Araqatsotn yeparxiyasının 13 din xadiminin saxlanılması ilə bağlı xəbər yayılmışdı. Onların arasında yeparxiyanın başçısı - yepiskop Mkrtiç də yer alırdı.
Qeyd edək ki, Ermənistanda hakimiyyətlə kilsə arasında münasibətlər may ayında gərginləşib.