...

2026-cı il üçün dövlət büdcəsi kəsiri üzrə proqnozlar açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Oktyabr 2025 01:29 (UTC +04:00)
2026-cı il üçün dövlət büdcəsi kəsiri üzrə proqnozlar açıqlanıb

Bakı. Trend:

2026-cı ildə dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbətinin 2,3%, 2029-cu ildə isə 2% səviyyəsində olacağı proqnozlaşdırılır.

Trend-in məlumatına görə, bu göstəricilər Maliyyə Nazirliyi tərəfindən hazırlanan “2026–2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi” sənədində yer alıb.

Qeyd olunub ki, 2026-cı il üçün dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 094,6 milyon manat, növbəti illərdə isə müvafiq olaraq 3 127,5 milyon, 3 558 milyon və 3 230,2 milyon manat proqnozlaşdırılır.

Dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi əvvəlki illərdə olduğu kimi özəlləşdirmədən daxilolmalar, daxili və xarici borclanma və vahid xəzinə hesabının qalığı hesabına həyata keçiriləcək. Müəyyən prioritet sahələr üzrə layihələrin maliyyələşdirilməsi üçün beynəlxalq maliyyə institutlarından xarici borcun cəlb edilməsi prosesi artıq başlanıb, buna görə də imzalanacaq borc sazişləri çərçivəsində cəlb olunacaq kredit vəsaitləri kəsirin maliyyələşmə mənbəyində payının artmasına səbəb olacaq.

Bildirilib ki, 2026-cı ildə 3 870 milyon manat proqnozlaşdırılan icmal büdcə kəsirinin 2029-cu ildə 1 759,9 milyon manat səviyyəsinə düşəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti