...

Şuşada 45 binanın tikintisinə başlanılıb - Aydın Kərimov

Cəmiyyət Materials 15 Oktyabr 2025 11:16 (UTC +04:00)
Şuşada 45 binanın tikintisinə başlanılıb - Aydın Kərimov
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Xankəndi. Trend:

Şuşanı digər şəhər və rayonlarla birləşdirən 2 yol - "Zəfər yolu" və Füzuli-Əhmıdbəyli-Şuşa yolu inşa olunub. Şuşada böyük infrastruktur layihələri həyata keçirilir. Şəhər içməli su, elektrik enerjisi ilə təmin olunub.

Trend xəbər verir ki, bunu Xankəndidə keçirilən III Milli Şəhərsalma Forumunda çıxış edən Şuşa Rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

A. Kərimov bildirib ki, şəhərdə bünün mühəndis xətlərinin yeraltı olacaq.

Şuşada 30-a yaxın abidə bərpa olunub. Bu proses davam edir. Şuşada şəhərdaxili ictimai nəqliyyat fəaliyyət göstərir. İctimai nəqliyyat elektik avtobuslardan ibarətdir. Şəhərdə parkinqlər yaradılır.

"Bizim əsas hədəflərimizdın biri keçmiş məcburi köçkünlərin geri dönməsini təmin etməkdir. Ötən il 23 binadan ibarət yaşayış kompleksi istifadəyə verilib, 380 ailə köçüb. Şəhərdə daha 45 binanın inşasına başlanılıb. Ümumilikdə Birinci Qayıdış Proqramının sonunda şəhərdə 8 minə yaxın sakunin məskunlaşması təmin ediləcək", - deyə A. Kərimov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti