...

Türkiyədə kibercinayətkarlara qarşı əməliyyat - 60-dan çox saxlanılan var

Dünya xəbərləri Materials 15 Oktyabr 2025 10:19 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə paralel olaraq 9 vilayətdə kibercinayətkar dəstələrə qarşı irimiqyaslı əməliyyat keçirilib.

Trend xəbər verir ki, bu barədə Türkiyənin DİN rəhbəri öz rəsmi X səhifəsində məlumat paylaşıb.

Əməliyyat Respublika Baş Prokurorluğu ilə Jandarmanın Kibercinayətlərə Qarşı Mübarizə İdarəsinin əlaqələndirilməsi əsasında, yerli jandarma qüvvələri tərəfindən həyata keçirilib.

Əməliyyat çərçivəsində hesablarında 200 milyon lirəlik əməliyyat dövriyyəsi müəyyən edilən 61 şübhəli saxlanılıb, onlardan 27-si barəsində həbs qərarı çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti