Bakı. Trend:
“Borussiya”nın (Dortmund) müdafiəçisi Niko Şlotterbek “Liverpul”un transfer hədəfinə düşüb.
Trend xəbər verir ki, Mersisayd təmsilçisi 25 yaşlı futbolçunu Vircil van Deykin əvəzləyicisi hesab edir.
“Borussiya” almaniyalı futbolçuya müqaviləsini 2030-cu ilə qədər uzatmağı təklif edib.
Qeyd edək ki, müdafiəçi 2022-ci ildən “Borussiya”da forma geyinir.