...

Azərbaycan və Belarus birgə istehsalat müəssisələri yaradacaq

İqtisadiyyat Materials 15 Oktyabr 2025 11:38 (UTC +04:00)
Azərbaycan və Belarus birgə istehsalat müəssisələri yaradacaq
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda sənaye, kənd təsərrüfatı və tikinti sahələrində Belarus-Azərbaycan birgə layihələri aktiv şəkildə inkişaf edir ki, bu da ölkələr arasında iqtisadi əməkdaşlığı möhkəmləndirir.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun İcraçı direktor müavini Tural Hacılı Azərbaycan-Belarus biznes forumunda bildirib.

Onun sözlərinə görə, keçən ilin oktyabrında Azərbaycanda liftlərin birgə istehsalı və satış haqda müqavilə bağlanıb.

“Bu ilin birinci yarısında 200 liftin yığılması planlaşdırılır. Biznes forumunun iştirakçıları “Baku Build” sərgisində birgə müəssisə ilə tanış ola biliblər, burada öz stendləri olub”, - deyə o qeyd edib.

Tural Hacılı bildirib ki, kənd təsərrüfatı əməkdaşlığın vacib istiqaməti olaraq qalır. İşçi qrup kənd təsərrüfatı məhsullarının qarşılıqlı tədarükünü artırmaq və aqrar sektora investisiyaların cəlb olunması, o cümlədən toxumçuluq, heyvandarlıq və baytarlıq sahələrində layihələri təşviq edir.

“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı layihələr gerçəkləşdirilir, Qarabağ “yaşıl enerji” zonası elan olunub. Xüsusi diqqət bərpa olunan enerji mənbələrinə yönəldilir”, – deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti