...

HƏMAS daha iki ölü girov cəsədini İsrailə təhvil verəcək

Dünya xəbərləri Materials 15 Oktyabr 2025 22:00 (UTC +04:00)
HƏMAS daha iki ölü girov cəsədini İsrailə təhvil verəcək

Bakı. Trend:

Fələstinin "HƏMAS" hərəkatı daha iki girovun qalıqlarını yerli vaxtla saat 22:00-da İsrail tərəfinə təhvil verəcək.

Trend-in məlumatına görə, bu barədə hərəkatın hərbi qanadı sayılan "İzzəddin əl-Qəssam Briqadaları" qrupunun "Telegram" kanalında bildirilib.

"[İsrailli girovların fələstinli məhbuslarla] dəyişdirilməsi ilə bağlı razılaşması çərçivəsində biz bu gün saat 22:00 radələrində daha iki israilli girovun cəsədini [tibbi] personala təhvil vermək qərarını verdik", - deyə qeyd olunub.

Qalıqları Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil veriləcək məhbusların adları açıqlanmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti