...

Cəzaçəkmə müəssisəsinə tərliyin içərisində narkotik keçirilməsinin qarşısı alınıb

Hadisə Materials 15 Oktyabr 2025 14:04 (UTC +04:00)
Cəzaçəkmə müəssisəsinə tərliyin içərisində narkotik keçirilməsinin qarşısı alınıb

Bakı. Trend:

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 13 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddələrin keçirilməsinin qarşısı alınıb.

Trend bu barədə Ədliyyə Nazirliyinə istinadla xəbər verir.

Bildirilib ki, məhkumla qısamüddətli görüşə gəlmiş atasının gətirdiyi sovqata baxış keçirilən zaman tərliyin içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 1,720 qram marixuana və 1,970 qram tiryək aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Bildirilib ki, cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.

Xəbər lenti

Xəbər lenti