Bakı.Trend:
Hazırda Azərbaycan üçün UNCE Dünya Yarmarkası çərçivəsində Azərbaycan Fair Story Səhiyyə Texnologiyaları Ticarət Mərkəzi, Süni İntellekt Mərkəzi, Yenilik və Ənənəvi Çin Təbabəti Mərkəzi, həmçinin Uzunömürlülük, Biotexnologiya, Qocalmanın Qarşısının Alınması və İnnovativ Təhsil Mərkəzi qurmağı planlaşdırırıq.
Trend xəbər verir ki, bunu Çin Sağlamlıq və Tibbi Turizm Assosiasiyasının sədri Cia Şiao Fanq II "Azərbaycan Sağlamlıq Turizmi Konfransı"nda çıxışı zamanı bildirib.
O qeyd edib ki, bu layihə gələcəkdə regionun xəritəsini formalaşdıracaq və ənənəvi Çin təbabəti üzrə ilk bu cür mərkəz olacaq:
"Ənənəvi Çin təbabətinin 5000 ildən çox tarixi var, lakin bu günədək nə Azərbaycan bazarında, nə də Qafqaz regionunda bu sahə üzrə peşəkar tibbi mərkəz mövcud deyil. Bu isə səhiyyə investisiyaları, profilaktika, immunitetin gücləndirilməsi, müalicə və reabilitasiya üçün mühüm potensiala malikdir”.