...

Beynəlxalq Valyuta Fondu Azərbaycanda işsizlik səviyyəsi ilə bağlı proqnozlarını təqdim edib

Maliyyə Materials 14 Oktyabr 2025 17:52 (UTC +04:00)
Beynəlxalq Valyuta Fondu Azərbaycanda işsizlik səviyyəsi ilə bağlı proqnozlarını təqdim edib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Valyuta Fondu (BVF) oktyabr buraxılışında dərc olunan “World Economic Outlook” hesabatında Azərbaycanın cari əməliyyatlar balansı və işsizlik səviyyəsinə dair proqnozlarını yeniləyib.

Trend xəbər verir ki, oktyabr proqnozlarına əsasən, Azərbaycanın cari əməliyyatlar balansının profisitinin 2025-ci ildə ÜDM-in 4,3 faizi, 2026-cı ildə isə 2,3 faizi həcmində olacağı gözlənilir. Müqayisə üçün, bu göstərici 2024-cü ildə 6,3 faiz təşkil edib. Bu isə apreldəki buraxılışla müqayisədə proqnozun xeyli azaldığını göstərir. Belə ki, həmin vaxt 2025-ci il üçün 7,8 faiz, 2026-cı il üçün isə 4,1 faiz səviyyəsində profisit proqnozlaşdırılmışdı.

Eyni zamanda BVF Azərbaycanda işsizlik səviyyəsinin sabit qalacağını — 2025 və 2026-cı illərdə 5,3 faiz, 2024-cü ildə isə 5,4 faiz səviyyəsində olacağını proqnozlaşdırır. Bu göstəricilər hesabatın apreldəki buraxılışında yer alan proqnozlarla üst-üstə düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti