...

Ronaldo yeni rekorda imza atıb

İdman Materials 15 Oktyabr 2025 00:29 (UTC +04:00)
Ronaldo yeni rekorda imza atıb

Bakı. Trend:

Kriştiano Ronaldo dünya çempionatının seçmə mərhələlərində ən çox qol vuran futbolçu kimi yeni rekorda imza atıb.

Trend xəbər verir ki, 40 yaşlı Portuqaliya hücumçusu Macarıstana qarşı oyunun 22-ci dəqiqəsində hesabı bərabərləşdirib və ilk hissəyə əlavə olunmuş dəqiqələrdə komandasını önə keçirib.

Bu qollar Ronaldo üçün seçmə mərhələlərdə vurduğu 40-cı və 41-ci qollar olub. O, 2016-cı ilin 6 sentyabrından bəri rekordu əlində saxlayan Qvatemalalı Karlos Ruisi geridə qoyub.

Xəbər lenti

Xəbər lenti