Bakı. Trend:
Qəzza zolağının yenidən qurulmasına 70 milyard (ABŞ) dollar həcmində vəsait tələb olunacaq.
Trend xəbər verir ki, BMT-nin İnkişaf Proqramının Fələstin Xalqın yardım üzrə inzibatçısının xüsusi nümayəndəsi Yako Silliers bildirib.
“Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı və Dünya Bankı tərəfindən birgə aparılmış ziyan və ehtiyacların operativ qiymətləndirilməsinə əsasən, Qəzzanın bərpası üçün təxminən 70 milyard dollar tələb olunacaq”,-deyə o, Cenevrədə keçirilən brifinqdə bildirib.
Silliers Fələstin anklavında bərpa işlərinin hansı müddət ərzində başa çatacağı barədə təxminlərini bölüşməkdən imtina edib.
Onun sözlərinə görə, adıçəkilən təşkilatların vəzifəsi dağıntıların miqyasını müəyyən etməklə yanaşı, hansı ərazilərin ilk növbədə bərpa olunmalı olduğunu və səylərin nəyə yönəldilməli olduğunu prioritetləşdirməkdir.
“Yəqin ki, bütün ərazilər bərpa edilməyəcək”, – deyə o əlavə edib.