Bakı. Trend:
Azərbaycan universitetlərinin qlobal reytinqlərdə yeri günü - gündən yaxşılaşır.
Trend xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova “Azərbaycanın Dayanıqlı İnkişafı üçün Təhsilə İnvestisiya” adlı panel müzakirədə çıxış edərkən deyib.
Onun sözlərinə görə, universitetlərimiz ildən-ilə daha da yaxşılaşır, çox müsbət bir dinamika müşahidə olunur:
"Burada da, təbii ki, əsas rol məhz universitetlərə və onların komandalarına düşür. Onu da xüsusi vurğulamaq istəyirəm ki, məsələn, biz sırf dayanıqlı inkişaf reytinqlərinə baxsaq — Times Higher Education Impact Ranking-də bu il artıq 28 Azərbaycan universiteti təmsil olunur. Halbuki, ondan əvvəlki il bu rəqəm cəmi 18 idi, ondan əvvəlki il 9, ondan da əvvəl isə heç biri iştirak etmirdi. Yəni, çox açıq şəkildə görürük ki, son illərdə çox müsbət və yüksələn bir dinamika var".