Bakı. Trend:
Yeni peşə təhsil müəssiələrinin tikilməsi nəzərdə tutulur.
Trend xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, həmin məktəblərdə əsasən dövlət sifarişli yerlər olacaq:
"Peşə təhsilinə qəbul sayını 2 dəfə artırmalıyıq. Növbəti tədris ilindən peşə təhsili müəssiələrində təhsil alan tələbələrinin sayının 50 minə çatacağını görə bilərik. Çalışacağıq ki, müəyyən edilmiş hədəfləri reallaşdıraq”