Bakı. Trend:
Meksikada baş verən güclü daşqınlar nəticəsində ölənlərin sayı 64-ə yüksəlib.
Trend xəbər verir ki, bu barədə ölkə hökuməti məlumat yayıb.
Daha 65 nəfər itkin düşmüş sayılır.
Rəsmilər bildiriblər ki, axtarış-xilasetmə əməliyyatları davam edir və ölənlərin sayının artacağı ehtimal olunur.