...

İspaniyada narıncı həyəcan siqnalı elan edib

Dünya xəbərləri Materials 14 Oktyabr 2025 02:06 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Alisa” qasırğası İspaniyanın şərqində təsirini göstərib.

Trend xəbər verir ki, AEMET meteoroloji xidməti Valensiyada qırmızı, Kataloniya və Balear adalarında isə narıncı həyəcan siqnalı elan edib.

Tufanla birlikdə leysan, dolu və güclü külək gözlənilir.

Leysan səbəbindən Kataloniyanın Qandiya və Şerako yaşayış məntəqələri arasında qatarların hərəkəti dayandırılıb. Bölgədə avtomobil yollarının təmizlənməsi üçün ağır texnika cəlb olunub.

Qodallda onlarla ev su altında qalıb, bələdiyyə binası qismən dağıdılıb, onlarla avtomobili isə sel suları aparıb. Yerli bar sahibi Blanka Ballester “La Vanguardia” nəşrinə bildirib: “Biz ikinci mərtəbəyə qalxdığımız üçün xilas olduq. Cəmi bir neçə dəqiqə ərzində meydan dənizə çevrildi”.

Valensiyada fırtına 400-ə yaxın yol qəzasına səbəb olub.

Xəbər lenti

Xəbər lenti