Bakı. Trend:
"Microsoft" 14 oktyabr 2025-ci il tarixindən etibarən "Windows 10" əməliyyat sistemi üçün texniki dəstək və təhlükəsizlik yeniləmələrinin dayandırılacağını açıqlayıb.
Trend xəbər verir ki, bu barədə "Microsoft" məlumat yayıb.
Şirkət bildirir ki, bu tarixdən sonra əməliyyat sistemi işləməyə davam edəcək, lakin yeniləmələrin olmaması zərərli proqramlara yoluxma riskini artırır. İstifadəçilərə "Windows 11"ə yüksəltməyi tövsiyə edilib.
"Statcounter"in məlumatına görə, "Windows" masaüstü əməliyyat sistemləri qlobal bazarın 70%-dən çoxunu təşkil edir. Bu kateqoriyada "Windows 10" təxminən 59% paya malikdir və "Windows 11"-in 38% göstəricisindən daha populyardır.