...

Azərbaycanın "yaşıl enerji" sahəsində irəli sürdüyü təşəbbüslərə 70-dən artıq ölkə qoşulub

Yaşıl iqtisadiyyat Materials 14 Oktyabr 2025 14:30 (UTC +04:00)
Azərbaycanın "yaşıl enerji" sahəsində irəli sürdüyü təşəbbüslərə 70-dən artıq ölkə qoşulub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

COP29 zamanı Azərbaycanın "yaşıl enerji" sahəsində irəli sürdüyü təşəbbüslərdən biri məhz "yaşıl enerji" zonaları və "yaşıl dəhlizlər"dir ki, artıq 70-dən artıq ölkə bu və ya digər formada həmin təşəbbüsə könüllü şəkildə qoşulub.

Trend xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev 30-cu Yubiley Xəzər İnşaat Həftəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycanda "yaşıl artım" və "yaşıl enerji" məkanı bizim 2030-cu ilədək müəyyənləşdirilmiş 5 prioritetdən biridir: "Bu istiqamətdə görülən işlərdə Zəngilan rayonunun Ağalı kəndinin xüsusi rolu vardır. COP29 zamanı Azərbaycanın "yaşıl enerji" sahəsində irəli sürdüyü təşəbbüslərdən biri məhz "yaşıl enerji" zonaları və "yaşıl dəhlizlər"dir ki, artıq 70-dən artıq ölkə bu və ya digər formada həmin təşəbbüsə könüllü şəkildə qoşulub".

"O təşəbbüsün nüvəsində duran Ağalı kəndi, orada olan ağıllı həllərdir. O cümlədən bu təşəbbüsün nüvəsində duran aktiv istehlakçıların dəstəklənməsi mexanizmləridir ki, Azərbaycanda sistemli şəkildə şəhərsalma praktikasında ilk dəfə məhz həmin kənddə təqdim olunur", - deyə C. Abdullayev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti