...

Bu ilin 8 ayı ərzində doğulan körpələrin sayı açıqlandı

Cəmiyyət Materials 14 Oktyabr 2025 15:27 (UTC +04:00)
Bu ilin 8 ayı ərzində doğulan körpələrin sayı açıqlandı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin səkkiz ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 63698 doğulan körpə qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə məlumat 2025-ci ilin yanvar-sentyabr ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb.

Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,0-dan 9,3-ə düşüb.

Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz olub. Doğulan körpələrdən 2152-si əkiz, 78-i isə üçəm olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti