...

Azad edilmiş ərazilərdə on minlərlə yeni iş yerlərinin açılması planlaşdırılır - Məmməd Musayev

İqtisadiyyat Materials 14 Oktyabr 2025 10:58 (UTC +04:00)
Azad edilmiş ərazilərdə on minlərlə yeni iş yerlərinin açılması planlaşdırılır - Məmməd Musayev
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın azad edilmiş ərazilərində əhalinin məşğulluğu və sahibkarlıq fəaliyyəti üçün münbit şərait yaradılır, on minlərlə yeni iş yerlərinin açılması planlaşdırılır.

Trend xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev 30-cu Yubiley Xəzər İnşaat Həftəsində bildirib.

O qeyd edib ki, Azərbaycanın azad olunmuş ərazilərə Böyük Qayıdış Proqramı artıq praktik müstəvidə həyata keçirilir:

"Yalnız son iki il ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yüzlərlə infrastruktur layihələri, o cümlədən hava limanları, avtomobil yolları, dəmir yolları və enerji mərkəzləri istifadəyə verilib. Əhalinin məşğulluğu və sahibkarlıq fəaliyyəti üçün münbit şərait yaradılır, on minlərlə yeni iş yerlərinin açılması planlaşdırılır.

Qarabağın “yaşıl zona” elan olunması, alternativ və bərpa olunan enerji mənbələrinin tətbiqi ilə bağlı layihələr Azərbaycanın yaşıl enerji ixracatçısı olacağına dair inamı daha da möhkəmləndirir".

“Bakı İnşaat” və “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgiləri sadəcə biznes platforması deyil, həm də Qarabağın bərpası uğrunda birgə həmrəyliyin, əməkdaşlığın və gələcəyə inamın simvoludur.

Azərbaycan Sahibkarlar Konfederasiyası olaraq, biz Qarabağın bərpası, sahibkarlığın inkişafı və ölkəmizin iqtisadi qüdrətinin artırılması naminə bütün səyləri dəstəkləməyə hazırıq", - deyə M. Musayev əlavə edib.

Xəbər lenti

Xəbər lenti