...

Azərbaycandan Rusiyaya və əks istiqamətdə elektrik enerjisi ixracı azalıb

Energetika Materials 13 Oktyabr 2025 17:47 (UTC +04:00)
Azərbaycandan Rusiyaya və əks istiqamətdə elektrik enerjisi ixracı azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Rusiyaya 75,3 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

Trend-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu miqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir 3,2 milyon ABŞ dolları olub.

Rusiyaya elektrik enerjisi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 55,1 milyon kVt/saat və ya 1,7 dəfə, dəyər ifadəsi ilə 4,1 milyon ABŞ dolları, yaxud 2,3 dəfə azalıb.

Eyni zamanda, 2025-ci ilin ilk səkkiz ayı ərzində Rusiyadan Azərbaycana 2,1 milyon ABŞ dolları dəyərində, 59,5 milyon kVt/saat həcmində elektrik enerjisi satılıb.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 342 min ABŞ dolları və ya 19,4% çox, həcm ifadəsində isə 1,4 milyon kVt/saat və ya 2,4% azdır.

Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycandan ümumilikdə dörd ölkəyə - Rusiya, Gürcüstan, İran və Türkiyəyə 52,7 milyon ABŞ dolları dəyərində, 919,9 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsi ilə 4,8 milyon ABŞ dolları və ya 8,3%, 98,8 milyon kVt/saat və yaxud 10% azalma deməkdir.

Eyni zamanda hesabat dövründə Rusiya, Gürcüstan və İrandan Azərbaycana 4,9 milyon ABŞ dolları dəyərində 115,6 milyon kVt/saat elektrik enerjisi idxal edilib. Bu isə ötən ilin ilk 8 ayındakı göstəriciyə nisbətən dəyər baxımından 26 min ABŞ dolları və ya 0,5%, həcm ifadəsində isə 7,6 milyon kVt/saat və yaxud 6,2% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti