Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp İsrail-HƏMAS atəşkəs razılaşmasının əldə olunmasının yeni təfərrüatını açıqlayıb.
Trend xəbər verir ki, bu barədə ABŞ Prezidenti “Fox News”a bildirib.
O qeyd edib ki, ABŞ-nin İranın nüvə proqramına zərbələri bu məsələdə həlledici rol oynayıb.
“Düşünürəm ki, bu, həqiqətən də İranın nüvə qabiliyyətini aradan qaldırdığımız zaman başladı. Başının üstündə nüvə silahı olan biri ilə bu müqaviləni bağlaya bilməzdin”, - Tramp əlavə edib.