Bakı. Trend:
İspaniya milli komandasının düşərgəsində zədələnən Dani Olmonun durumuna aydınlıq gəlib.
Trend xəbər verir ki, "Barselona"nın futbolçusunda əzələ zədəsi aşkarlanıb.
Məlumata görə, 27 yaşlı yarımmüdafiəçi təxminən 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
O, La Liqada "Jirona", "Real", Çempionlar Liqasında isə "Olimpiakos"la matçda komandaya kömək edə bilməyəcək.