...

Tramp Qəzza üçün sülh və inkişaf planını təqdim edib

Dünya xəbərləri Materials 13 Oktyabr 2025 16:21 (UTC +04:00)
Tramp Qəzza üçün sülh və inkişaf planını təqdim edib
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp İsrail və Qəzza zolağının sabitliyi və inkişafı naminə yeni dövr başlatmaq çağırışı ilə çıxış edib.

Trend xəbər verir ki, bu barədə ABŞ prezidenti Knessetdə çıxışı zamanı bildirib.

“Siz bunu deməyə cəsarət tapdız: biz qalib gəldik, indi isə gəlin həyatdan zövq alaq, İsraili bərpa edək və onu əvvəlkindən daha güclü, daha böyük və daha yaxşı edək, bu münasibətlə sizi təbrik etmək istəyirəm”, – deyə Tramp vurğulayıb.

O, Qəzzada sabitliyin və ləyaqətin bərpasının vacibliyini qeyd edib:

“Qəzza sakinləri sabitliyin, təhlükəsizliyin, ləyaqətin və iqtisadi inkişafın əsaslarının təmin olunmasına fokuslanmalıdırlar ki, onların övladları nəhayət, həqiqətən layiq olduqları daha yaxşı həyata qovuşa bilsinlər”.

Tramp “Sülh Şurası”nın -Qəzzanın bərpasına yönəlmiş çoxtərəfli təşəbbüsün yaradıldığını elan edib və ərəb və müsəlman ölkələrinin bu işə əhəmiyyətli maliyyə dəstəyi göstərəcəyini vurğulayıb.

“Bir çox ərəb dövlətləri Qəzzanın bərpası üçün böyük vəsait ayırmağa hazır olduqlarını bildiriblər. Mən əminəm ki, bu, baş tutacaq”, – deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti