...

Əhalinin əczaçılıq məhsullarına çəkdiyi xərc 22%-ə yaxın artıb

İqtisadiyyat Materials 13 Oktyabr 2025 12:57 (UTC +04:00)
Əhalinin əczaçılıq məhsullarına çəkdiyi xərc 22%-ə yaxın artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda istehlakçılara 1,139 milyard manat dəyərində əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,5% çoxdur.

Əczaçılıq məhsulları və tibbi ləvazimatlar üzrə ticarət dövriyyəsinin yekunda xüsusi çəkisi 2,4% təşkil edib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 46,423 milyard manatlıq, o cümlədən 25,359 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 21,064 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 faiz, qeyri-ərzaq malları üzrə 6,8 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti