Bakı. Trend:
Bu an İsrail və bütün Yaxın Şərq üçün tarixi şəfəqdir.
Trend xəbər verir ki, bunu Ağ Ev rəhbəri Donald Tramp Knessetdə çıxış edərkən bildirib.
“Bu, təkcə müharibənin sonu deyil, həm də terror və ölüm dövrünün sonu, inam, ümid və Tanrı dövrünün başlanğıcıdır, bu, İsrail və regionun bütün xalqları üçün böyük razılaşma və davamlı harmoniyanın başlanğıcıdır, o region ki, yaxın zamanda həqiqətən möhtəşəm bir məkana çevriləcək”,- Tramp bildirib.
O, xüsusilə İsrailin baş naziri Benyamin Netanyahunun liderliyini qeyd edib: “Mən qeyri-adi cəsarət və vətənpərvərlik nümayiş etdirən, tərəfdaşlığı sayəsində bu əlamətdar günün gerçəkləşməsində mühüm rol oynamış bir şəxsə minnətdarlığımı bildirmək istəyirəm. Siz kimin haqqında danışdığımı bilirsiniz – yalnız bir belə insan var , baş nazir Benyamin Netanyahu”.
Tramp həmçinin, ABŞ-nin rolunu vurğulayıb: “ABŞ üçün indi olduğu kimi, bu, İsrailin və Yaxın Şərqin "qızıl dövrü" olacaq. Mən bir çoxlarının tamamilə mümkünsüz hesab etdiyi bu nailiyyətin əldə olunmasında əvəzsiz kömək göstərən bir neçə böyük amerikalı vətənpərvərə təşəkkür etmək istəyirəm. Bütün bunlar, bizimlə birlikdə çalışan istedadlı insanlar sayəsində mümkün oldu”.