Bakı.Trend:
Oğuzda sərnişinin ölməsi ilə nəticələnən qəzayla bağlı cinayət işi başlanılıb.
Trend xəbər verir ki, oktyabrın 12-si Nihad Əlizadə saat 20:30 radələrində idarə etdiyi “BMW” markalı avtomobillə yaşadığı Oğuz rayonu Padar kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib.
Avtomobilin aşaraq yanması nəticəsində avtomobildə olan sərnişin, 2004-cü il təvəllüdlü Rəvan Mirzəyev hadisə yerində dünyasını dəyişib.
Faktla bağı Oğuz RPŞ-nin İB-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.