Bakı. Trend:
Yer kürəsində alimlərin proqnozlaşdırdığı zəif maqnit qasırğası başlayıb.
Trend-in məlumatına görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu məlumat verib.
Bildirilib ki, Yerin maqnit sahəsinin (gücünün) pozulma dərəcəsi beş səviyyəli şkala üzrə "G1" səviyyəsindədir, burada "G5" "son dərəcə güclü", "G1" isə "zəif"dir.