Bakı. Trend:
Yanvar-avqustda Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 3,35 milyard dollar olub.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevlə Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuk arasında Bakıda keçirilən görüşdə məlumat verilib.
Görüşdə 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin 10 %-dən çox artdığı qeyd edilib, bu müsbət dinamikanın cari ildə də davam etdiyi və 8 ay ərzində qarşılıqlı ticarətin ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,5 % artaraq 3,35 milyard dollar olduğu vurğulanıb.
Bildirilib ki, Şimal-Cənub dəhlizi ilə daşımaların həcmi 2025-ci ilin 9 ayı ərzində 8.3 % artıb. Bunun 10,4 %-i avtomobil, 2 %-i isə dəmiryolu daşımalarının payına düşüb.
Bu ilin 8 ayı ərzində Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracında 15 % artım müşahidə olunub ki, bunun da 23 %-i meyvə-tərəvəz məhsullarının payına düşüb.