...

Milli Məclisin sədri Üçtərəfli Görüşdə iştirak etmək üçün Pakistana gedib (FOTO)

Siyasət Materials 13 Oktyabr 2025 09:11 (UTC +04:00)
Milli Məclisin sədri Üçtərəfli Görüşdə iştirak etmək üçün Pakistana gedib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşündə iştirak etmək üçün Pakistan İslam Respublikasına işgüzar səfərə gedib.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, İslamabad beynəlxalq hava limanında Milli Məclisin sədrini Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq, Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov və digər rəsmi şəxslər qarşılayıblar.

Xəbər lenti

Xəbər lenti